Polis rəisi `Range Rover`li qadına görə işdən çıxarılıb? – Nazirlikdən açıqlama


16:01     07 Oktyabr 2016 ehsanzahidov.jpg

Xəbər verdiyimiz kimi, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Xəbərin yayılması ilə sensasion iddialar da ortaya çıxdı. Belə fikirlər səsləndi ki, guya Urxan Şirinov Bakıda ``Range Rover``li qadının mühafizəçini döydürməsi məsələsinə görə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, hadisə məhz 39-cu polis bölməsinə məxsus ərazidə baş vermiş və hadisəni törədən şəxs həbs olunub.

Femida.az məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladı. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Femida.az-a açıqlamasında bildirdi ki, yayılan iddialar əsassızdır:

“Birincisi Urxan Şirinov işdən çıxarılmayıb, o, cənab nazirin əmri ilə 41-ci polis bölməsinə rəis təyin olunub. İddialar isə kökündən yanlışdır və heç bir əsasa söykənmir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 46798